Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Yapı Kredi Bank” işçi axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yapı Kredi Bank” işçi axtarır

“Yapı Kredi Bank” filial müdiri vəzifəsi  üzrə vakansiya elan edib.

 

Reklam_3_11

 

Tələblər

 

- Ali İqtisadi və ya biznes təhsilinin olması;

- Ən azı 5 (beş) il bank təcrübəsinin olması, 1 və ya 2 il rəhbərlik təcrübəsi;

- Biznesin inkişafı bacarığı;

- Şəffaflıq və Etik startlara malik olması;

- Ünsiyyət və Problem həll etmə bacarığı;

- Strateji və analitik düşünmə qabiliyyəti;

- Sərbəst olaraq, həmçinin komandada işləmə bacarığı;

- Müştəri bazasını idarəetmə bacarığı;

- Mükəmməl azərbaycan, türk, ingilis, rus dili bilikləri.

 

Əsas iş funksiyaları:

 

- Filial hədəflərinin və Bankın strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış vəəməliyyat işlərinin ən təsirli və məhsuldar şəkildə istiqmətləndirmək;

- Filialda lazımı planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək, bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;

- Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;

- Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;

- Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;

- Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq;

- Müştərilərin rentabelliyini davamlı təqib etmək, müştəridə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etməklə filialın büdcəsini gerçəkləşdirmək və bankın bazardakı payını artırmaq üçün lazımlı tədbirləri görmək;

- Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;

- Filialdakı satış qrupunun hədəflərini və müştəri portfelini müəyyən etmək, filialın hədəflərini tutdurmaq üçün satış hərəkətlərini planlamaq, idarə etmək və nazərət etmək;

- Bankın kredit politikası və qaydalarına (geri qaytarma, təminatlandırma, təqib) uyğun hərəkət etmək, müştərilərlə kredit müqavilələrinin bağlanması, kreditin istifadə edilməsi və meydana çıxaracağı riskə qədər izləmək. Bu çərçivədə kredit təkliflərinin, lazımlı sənədlərin hazırlanmasının təmin edilməsi;

- Kreditin verilən müştərinin iflası və ya problemli olması halında lazımlı tədbirlərin alınmasından və dərhal tətbiq olunmasından məsuldur;

- Filialdakı əməliyyat riskini izləmək, audit və daxili nəzarət raporlarını incələyərək lazımı tədbirlər görmək;

- Filialdakı işçilərin bankın daxili qaydalarına,idarəetmə strategiyalarına qanunlara və təlimatlara uyğunluğunu təmin etmək;

- Filialın təhlükəsizliyi üçün lazımı tədbirlər alınmasından birinci dərəcədə məsul şəxsdir.Bank və müştərilərlə bağlı bütün məlumat, sənəd, qiymətli kağız, açarların saxlanması, qorunmasından və lazım olduğunda etibarlı bir şəkildə sövq edilməsindən cavabdehdir.

 

Maraqlanan şəxslər [email protected]elektron ünvanına öz CV-lərini göndərə bilərlər.

 

Elanın bitmə tarixi mart ayının 10-dur.

27.02.2017 07:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ