Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Rabitəbank” işçi axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank” işçi axtarır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Rabitəbank” Daxili Audit Departamentinin Müştəri Xidməti Strukturlarının Auditi   şöbəsinin baş auditoru vəzifəsi  üzrə vakansiya elan edib.

 

Namizədə olan tələblər:

 

- Ali iqtisadi-hüquqi təhsil;

- Bankda və ya maliyyə sektorunda ən azı 3 il iş təcrübəsi (audit, risk və daxili nəzarət sahəsində ən azı 1 il olmaqla);

- MBNP və Mərkəzi Bankın normativ xarakterli aktlar və təlimatlarını bilmək;

- Daxili Audit və Korporativ idarəetmə standartlarını bilmək;

- Banklar haqqında qanunu bilmək;

- Mülki, Əmək və Vergi Qanunvericiliyinin bank ilə əlaqəli müddəalarını bilmək;

- Yerli, Beynəlxalq Mühasibatlıq standartları və Maliyyə hesabatları bilikləri;

- Office proqramlarında, xüsusən Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;

- Mühasibatlıq və digər bank kurslarının sertifikatlarının olmasına üstünlük verilir;

- Komandada işləmək bacarığı;

- Digər daxili orqanlarla yüksək kommunikasiya bacarığı;

 

Vəzifə üzrə əsas fəaliyyət:

 

- Bank fəaliyyətinin tənzimlənməsi üzrə normativ aktlarının, bankdaxili prosedurların, qaydaların və təlimatların bankın işçiləri tərəfindən riayət olunmasının auditini aparmaq;

- Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparmaq;

- Bankın bütün strukturları üzrə əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;

- Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin auditini aparmaq;

- Bankın maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin auditini aparmaq;

- Məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;

- Departamentin iş planından əlavə olaraq Departament rəhbərinin tapşırığı ilə bankın hər hansı bir strukturunun və bank fəaliyyətinin hər hansı bir sahəsinin auditini aparmaq;

- Auditlər zamanı aşkar edilmiş istisnalar və problemləri onlar haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmalar etmək;

- Müştərilərin hesab qalıqları üzrə təsdiqnamələrin vaxtında bitirilməsini və müvafiq məzmuna malik olmasını nəzarət edərək təsdiq etmək;

- Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.)  bilmək və onlara riayət etmək.

- Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

- Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

 

Əlaqə vasitələri:

 

E - mail :  [email protected] 
Telefon: (012) 598 44 88,    

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi

 

Elanın bitmə tarixi mart ayının 24-dür.

27.02.2017 06:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ