Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avro, funt, qızıl ucuzlaşa, lirə və neft bahalaşa bilər - SON VƏZİYYƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, funt, qızıl ucuzlaşa, lirə və neft bahalaşa bilər - SON VƏZİYYƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq maliyyə bazarlarında Amerikanın fond bazarlarında risklərin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə müsbət təsir edib.


 

Reklam_3_11

EUR

Amerikanın fond bazarlarında cari ilin əvvəlindən etibarən 13%-dən çox dəyər qazanan Amerikanın S&P və Dou Cons indekslərinin keçən həftə ərzində də bahalaşmaqda davam etmələri, ABŞ iqtisadiyyatı fonunda risklərin qismən azalmasına səbəb olub. Bu. özü ilə bərabər Amerika Mərkəzi Bankının (FED) cari il üzrə planlaşdırılan iki faiz artımı ehtimallarının yenidən güclənməsinə və beləliklə, foreks bazarlarında dolların da bahalaşmasına təsir edir. 
 

Beynəlxalq valyuta birjalarında avronun qiyməti son bir həftə ərzində 1.1352$-a kimi 1%-dən çox ucuzlaşıb. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-ın altında qalarsa, 1.1270$-a kimi də ucuzlaşa bilər.

 

Bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir və açıqlamaların maliyyə bazarlarında ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir.

 

GBP

GBP/USD məzənnəsi də ucuzlaşmaqdadır. Hal-hazırda dünya birjalarında keçən həftənin orta səviyyəsi ətrafında təklif edilən funtun qiyməti, 1.29$-ın altında qaldıqca, 1.2670$-a kimi də ucuzlaşa bilər.

 

İngiltərə höküməti ilə Avropa Birliyi arasında sərt Breksit prosesi iqtisadi və siyasi riskləri artıran ən önəmli amildir. Bu səbəbdən sözügedən mövzu ətrafında açıqlamalar diqqət mərkəzində saxlanılmalıdır.

 

TRY

Türkiyə maliyyə bazarlarında isə dolların ucuzlaşması dinamikasının zəiflədiyi müşahidə edilir. Bu, USD/TRY məzənnəsinin yenidən bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Beləliklə, 5.30TL-nin üzərində qalan məzənnə, 5.39TL-ni də yuxarı istiqamətdə qırarsa, bu proqnozların daha da güclənməsinə təsir edə bilər.

 

OIL

Avropanın Brent markalı neftinin qiyməti dəyər qazanmaq davam edir və artıq 63$ ətrafında təklif edilməkdədir. Qiymət 63$-ın üzərində qaldıqca, 66$-a kimi də dəyər qazana bilər. Bu həftənin cümə axşamı saat 20:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD 

Dünya bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin 1% ucuzlaşmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1279$-ı (42.6 $/qram) da aşağı istiqamətdə qırarsa, 1274$-a (42.6 $/qram) kimi də dəyər itirə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

21.01.2019 05:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ