Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Hindistanda müzakirələr aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın İqtisadiyyat nazirinin müavini Hindistanda  müzakirələr aparıb

Yanvarın 18-20-də Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib. 2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır.

 

3 gün davam etmiş Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil edilin.


Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.


Tədbir çərçivəsində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qucarat ştatının Baş nazirinin müavini Nitin Patel ilə görüşüb. Sahib Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və ardıcıl islahatlar, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.  

 

21.01.2019 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ