Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

İşsizlikdən sığorta və işsizlik müavinəti ödənilmiş şəxslərin sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşsizlikdən sığorta və işsizlik müavinəti ödənilmiş şəxslərin sayı açıqlandı

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib. "Marja" xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirilir. 

 

Reklam_3_11

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb. Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə işsizlikdən sığorta ödənişi verilir.

 

Ötən il işsizlik müavinəti ödənilənlər isə əvvəlki, yəni 2017-ci ildə həmin müavinət təyin edilmiş və müavinətin ödənişi 2018-ci ildə davam edən şəxslər olub.

 

Eyni zamanda, keçən il Xidmət 2559 nəfəri peşə hazırlığına cəlb edib. Onlardan 1447 nəfəri qadınlar, 1270 nəfəri gənclər, 215 nəfəri məcburi köçkünlər, 85 nəfəri əlilliyi olan şəxslər və b. olub. Qeyd olunan dövrdə 118138 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb edilməklə, onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

21.01.2019 08:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ