Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dollara zərbə! - D-8-də "D8P Card" dövrü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollara zərbə! - D-8-də "D8P Card" dövrü

Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyadan ibarət olan İnkişaf Edən Səkkiz Ölkə (D-8) ticarəti "D8P Card" ilə həyata keçirəcək. 


"Marja" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, D-8-in Baş Katibi Dato Ku Jaafar Ku Shaari "Prezidenti Ərdoğanın üzv ölkələr arasında yerli pul vahidlərinin istifadə edilməsi fikrindən hərəkət edərək "D8P Card" (payment card) yaratdıq. Bu kart ilə bütün üzv ölkələr öz aralarında apardığı ticarət və digər hər cür alış-verişlərdə yerli pul vahidləri ilə ödəniş apara bilmək imkanına malik olacaqlar" deyib.

 

2019-cu ildə üzv ölkələr arasında xüsusilə enerji sektorunda əməkdaşlığı çox ciddi bir şəkildə hədəf seçdiklərini söyləyən Dato Ku Jaafar Ku Shaari, enerji resurslarının üzv ölkələrə dağıdılması və çatdırılması sahəsində işlərin davam etdiyini vurğulayıb.
 

Dato Ku Jaafar Ku Shaari, "Turizm, iş aparmağı planlaşdırdığımız potensial sahələrdən biridir. Ümid edirik ki, 2019-da, imzaladığımız Ticarət Müqaviləsi, Preferantial Trade Agreement (PDA) müqaviləsi əsasında meyvələrini toplayacağıq. Həmçinin üzv dövlətlər arasında gömrük razılaşması üzrə işlərin davam etməsini istəyirik" deyib. 
 

D-8 ÖLKƏLƏRİNİN VƏTƏNDAŞLARINA SÜRƏTLİ KEÇİD İMKANI
 

Hava limanı şəbəkəsinin yaradılması ilə viza sazişinin həyata keçəcəyini və aktiv olaraq istifadə ediləcəyini qeyd edən Dato Ku Jaafar Ku Shaari deyib: "Seçilmiş hava limanı layihəsində "Sabiha Gökçen" Hava Limanının seçilməsi məsələsində bir yaxşı niyyət məktubu imzaladıq. Bu hava limanı ilə D-8 üzvü ölkələrin vətəndaşları üçün faust track (sürətli keçid) xidməti təmin ediləcək".

21.01.2019 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ