Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Finex Kredit”dən 200 min manatlıq qərar - 1 MİLYON MANATA ÇATACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Finex Kredit”dən 200 min manatlıq qərar - 1 MİLYON MANATA ÇATACAQ

19 yanvar 2019-cu il tarixində “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. 

 

Təşkilatdan "Marja"ya daxil olmuş məlumata görə, yığıncağda “Finex Kredit” BOKT-ın 2108-ci il maliyyə nəticələri müzakirə edilmiş, Beynəlxalq audit rəyi təsdiqlənmişdir.

 

Məlumatda qeyd olunur ki, 2018-ci ilin yekun hesabatına əsasən şirkətin aktivləri 2 dəfə, kredit portfeli 168,2%, müştəri sayı 159% artmışdır. Mənfəət göstəricisi 2017-ci ilə nisbətən 3,7 dəfə artaraq 189 min 870 manat təşkil etmişdir.

 

İclasda şirkətin 2019-cu il üçün proqnoz və büdcə göstəriciləri müzakirə edilərək təsdiq edilmişdir. Qısa, orta və uzun müddətli hədəflər qəbul edilmişdir. Nizamnamə kapitalının 200 000 manat artırılaraq 1 000 000 manata çatdırılması barədə qərar qəbul edilmişdir.

 

“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 14 iyun 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun olaraq şəffaf tərəfdaşlıq prinsipləri əsasında qurmuşdur. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan audit şirkətidir.

21.01.2019 09:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ