Mobil manşet üstü reklam_21

26 milyarderin sərvəti 3,8 milyard yoxsulun sərvətinə bərabərdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
26 milyarderin sərvəti 3,8 milyard yoxsulun sərvətinə bərabərdir

Dünyada son 10 ildə milyarderlərin sayı iki dəfə artıb.

 

Bu barədə Oxfam beynəlxalq xeyriyyə və humanitar təşkilatının Davos Dünya İqtisadi Forumu ərəfəsində hazırladığı araşdırmasında deyilir. 

 

2018-ci ildə milyarderlərin sayı 2208 nəfər çatıb. Planetin zəngin insanlarının sərvəti gündəlik olaraq 2,5 milyard dollar artır. 

 

Araşdırmada qeyd edilir ki, 2017-2018-ci illər ərzində hər iki gündən bir dünyada bir milyarder peyda olub. 

 

Oxfam, eyni zamanda, digər faciəli məqama diqqət çəkib. Dünyanın 3,8 milyard yoxsul insanının vəziyyəti ötən il ərzində dəyişməyib. Belə ki, 26 zənginin ümumi sərvəti həmin 3,8 milyard yoxsulun ümumi sərvətinə bərabərdir. 

 

Araşdırmada qeyd edilir ki, dünyanın ən zəngin insanı olan, “Amazon”un sahibi Ceff Bezosun sərvəti 11 milyard dollara qədər artıb. Onun sərvətinin cəmi bir faizi 105 milyon əhalisi olan Efiopiyanın səhiyyə sisteminin ümumi büdcəsinə bərabərdir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Qafqazinfo

21.01.2019 09:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ