Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AtaSığorta" 2018-ci ilin nəticələrini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta" 2018-ci ilin nəticələrini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaSığorta” ASC 2018-ci il üzrə ilkin maliyyə nəticələrini açıqlayıb.

 

Reklam_3_11

Şirkətdən "Marja"ya verilən məlumata əsasən cari il ərzində şirkətin ümumi sığorta haqqı yığımları 22,4 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 8,7 milyon manat (63,5%) artmışdır.

 

“AtaSığorta” ASC 2018-ci il ərzində 10,6 milyon manatdan çox sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 5,6 milyon manat (111,1%) olmuşdur.

 

Aktivlərinin ümumi həcmi 30 milyon manata yaxın olan şirkət cari il ərzində nizamnamə kapitalını 2,2 milyon manat (17,7%) artıraraq 14,6 milyon manata çatdırmışdır. Cari ildə sığorta haqqı yığımlarının artması ilə əlaqədar olaraq sabitləşdirici ehtiyatlarla birlikdə 01.01.2019-cu il tarixə sığorta ehtiyatları 17,8 milyon manat hesablanmışdır.

          

2018-ci ildə “AtaSığorta” ASC öz müştərilərinə 4 yeni könüllü sığorta məhsulu təqdim etmişdir. Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. 2018-ci ildə şirkət 1 yeni filialı və 1 yeni nümayəndəliyi müştərilərin istifadəsinə vermişdir.

      

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir və cari ildə 15 yaşını qeyd etməyə hazırlaşır. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

21.01.2019 09:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ