Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti infrastrukturunun yenilənməsi çərçivəsində dəmir yollarının qorunma zolağı boyunca yeni fiber-optik kabel xətlərinin tikintisinə başlayıb.

 

Reklam_3_11

QSC-dən "marja"ya daxil olmuş məlumata görə, dəmir yollarının qorunma zolağı boyunca yeni magistral fiber-optik kabel xətlərinin çəkilişi yeni dayanıqlı infrastrukturun formalaşmasına, dəmir yolları boyunca perspektivdə rəqəmsal xidmətlərin təmin edilməsi və inkişafına, stansiyalarda qabaqcıl telekommunikasiya xidmətlərinin verilməsinə şərait yaradacaq. Bu, həmçinin ölkənin mövcud magistral infrastrukturunun güclənməsinə xidmət etmiş olacaq.

 

Layihə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır.

 

Yeni fiber-optik kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. “Azərbaycan Dəmir Yolları” QSC bu layihənin reallaşması üçün ölkənin magistral internet provayderi olan olan AzerTelecom şirkəti (AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində) ilə əməkdaşlıq edir.

 

Qeyd edək ki, dəmir yollarının qorunma zolağı boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ilə Azərbaycan Dəmir Yolları QSC-nin, AzerTelecom şirkətinin, ümumilikdə isə ölkəmizin telekommunikasiya infrastrukturu və mövcud regionda sahib olduğu mövqeyi daha da güclənəcək.

 

Layihənin reallaşması həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantısının formalaşmasına, ölkənin telekommunikasiya sektorunun inkişafına təkan verəcək. Bu da Azərbaycanın hazırda Nəqliyyat və Enerji dəhlizi olmaqla yanaşı ən qısa perspektivdə həm də Regional Rəqəmsal Mərkəzə çevrilməsinə şərait yaradacaq.

21.01.2019 10:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ