Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bağlanan bankların rəhbərləri barəsində araşdırma başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bağlanan bankların rəhbərləri barəsində araşdırma başlayıb

Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 2 milyard manata yaxınlaşır. Bir tərəfdən geridönüşü olmayan kerditlərin artması, digər tərəfdən də bəzi bankların ləğvi vəziyyəti daha da çıxılmaz hala gətirib.

 

Bugünədək Əmanətlərin Sığortalanması Fondunun əmanətçilərinə kompensasiya ödədiyi və ləğv prosesində olan 13 bank var.  Fond 13 bankın əmanətçilərinə 824 milyon manat kompensasiya ödəyib.

 

Məlumata görə, əslində banklardakı problemlərin artmasının səbəbi geri dönüşü olmayan kreditlər deyil, vaxtilə banklara rəhbərlik etmiş şəxslərin şəxsi istifadə üçün götürdükləri kreditlərdir. Məsələ burasındadır ki, bank rəhbərləri özlərinə aldıqları daşınar və daşınmaz əmlak üçün ayrı-ayrı şxəslərin adına kreditlər götürüb. Banklar bağlandıqdan sonra isə kerditi ödəməkdən imtina ediblər. Kreditlər isə adı rəsmiləşdirilən vətəndaşın boynunda qalıb.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda ləğv prosesində olan banklarla bağlı ciddi araşdırmalar aparılır və yaxın günlərdə bu məsələlərin nəticəsi olaraq cinayət işinin başlanacağı gözlənilir.

 

Xatırladaq ki, ləğv prosesində olan banklar aşağıdakılardır:

 

“Royalbank” ASC

 

“Yunayted Kredit Bank” ASC

 

“Bank of Azerbaijan” ASC

 

 “Gəncəbank”

 

“Texnikabank” ASC

 

 “Parabank” ASC

 

“Zaminbank” ASC

 

“Kredobank” ASC

 

“Dekabank” ASC

 

“Atrabank” ASC

 

“Qafqaz İnkişaf Bankı” ASC

 

“Bank Standard” 

 

 “Dəmirbank” ASC

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

21.01.2019 13:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ