Azərbaycan iqtisadiyyatı 80 milyard manata yaxınlaşıb
2018-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 79 milyard 797,3 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1,8 faiz, neft sektorunda isə 0,6 faiz artmışdır.
Əlavə dəyərin 44,2 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,0 faizi tikintidə, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,0 faizi isə digər sahələrdə istehsal edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 8126,2 manata bərabər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 4 saat əvvəl
-
6 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 9 saat əvvəl