Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-da neft ehtiyatlarının yeni rekord səviyyəyə çıxacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft ehtiyatlarının yeni rekord səviyyəyə çıxacağı gözlənilir

Neft qiymətləri, ABŞ-da rekord səviyyəyə çıxan neft ehtiyatları ilə OPEC-in qlobal təklif artığını azaltmaq üçün istehsalı azaltması arasında qalıb.


 
"Marja" xəbər verir ki, OPEC-in Baş katibi Mohammad Barkindo verdiyi açıqlamada, OPEC üzvlərinin istehsalın azaldılması üzrə öhdəlik götürdükləri həcmə 90%-dən çox əməl etdiklərini açıqlyıb.

Reklam_3_11

 

Bir tərəfdən OPEC neft hasilatını azaldarkən, digər tərəfdən ABŞ istehsalçıları hasilatı artırırlar. Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, Çərşənbə günü açıqlanacaq rəsmi ABŞ neft ehtiyatı göstəricisinin ötən həftə 3 milyon barrel artaraq bütün zamanların ən yüksək səviyyəsinə çıxması gözlənilir.


 
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin hasilatı azaltmaq barədə razılaşdıqları tarixdən bu yana 50 dolların üzərində dar bir "dəhliz"də qalır.   


 
OPEC-in hasilatı azaltması qiymətlərin aşağı düşməsini məhdudlaşdırır. Əks halda ABŞ-da istehsalın artmağa davam etməsi ilə qiymətlər daha çox düşərdi.  ABŞ-da neftbazalar doludur, çünki hava şəraiti çox soyuq deyil və tələb aşağı qalıb.


 
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Teksas nefti (WTI) Nymex birjasında 10 sent yüksələrək bareli 54.15 dollara, Brent neftin Londonda  ICE Futures Europe birjasında 18 sent və ya 0.3 faiz bahalaşaraq  bareli  56.11 dollara çıxıb.

28.02.2017 05:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ