Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neftçala Avtomobil Zavodu proqnozuna əməl edə bilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftçala Avtomobil Zavodu proqnozuna əməl edə bilmədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə Azərbaycanda cəmi 969 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).

 

Xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları (11 ayda) ərzində Azərbaycanda 794 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Dekabrda istehsal 175 ədəd artıb. Noyabrda artım 184 ədəd təşkil etmişdi.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı 2017-ci ilə nisbətən ötən il 32,4 dəfə artıb.

 

01.01.2019-cu il vəziyyətinə, bu il istehsal edilmiş 969 ədəd minik avtomobilinin 193 ədədi anbarlarda olub. 01.12.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 179 ədəd təşkil etmişdi. Beləliklə, anbarda yığılan minik avtomobillərinin sayı 14 ədəd artıb.

 

Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır.

 

Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da (NAZ-Lifan) fəaliyyət göstərir.  

 

 “Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulurdu. Ötən il Azərbaycanda 2 avtomobil zavodu tərəfindən cəmi 969 ədəd minik avtomobili istehsal edildiyi nəzərə alındıqda, Neftçala Avtomobil Zavodu proqnoza əməl edə bilməyib. 

21.01.2019 15:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ