Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bostan məhsulları, şəkər çuğunduru və günəbaxan istehsalı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bostan məhsulları, şəkər çuğunduru və günəbaxan istehsalı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatmışdır.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 51,4 min hektar əkin sahəsindən 3 milyon 61,3 min ton və ya 2017-ci illə müqayisədə 13,7 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş  məhsul 29,1 sentner təşkil etmişdir.

 

Bundan əlavə 31,7 min hektar dən üçün qarğıdalının əkin sahəsindən 247,9 min ton və ya əvvəlki illə müqayisədə 5,2 faiz çox məhsul toplanmış, hər hektardan orta hesabla 57,7 sentner qarğıdalı dəni götürülmüşdür.

 

2018-ci ildə sahələrdən 1521,9 min ton və ya əvvəlki ilə nisbətən 8,3 faiz çox tərəvəz, 898,9 min ton (1,6 faiz az) kartof, 401,9 min ton (8,2 faiz az) bostan məhsulları, 1 milyn 10,8 min ton (5,9 faiz çox) meyvə və giləmeyvə, 167,6 min ton (9,6 faiz çox) üzüm, 868,6 ton (12,0 faiz çox) yaşıl çay yarpağı, 299,4 min ton (31,2 faiz az) şəkər çuğunduru, 232,2 min ton (11,9 faiz çox) pambıq, 24,3 min ton (20,6 faiz az) dən üçün günəbaxan, 6,3 min ton (18,8 faiz çox) tütün yığılmışdır.

22.01.2019 04:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ