Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sement və armatur istehsalı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sement və armatur istehsalı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 26,3 faiz artaraq 632,3 milyon manat təşkil etmişdir.

 

Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 78,6 faiz, tikinti kərpicinin istehsalı 14,9 faiz, sementin istehsalı 12,3 faiz, tikinti əhənginin istehsalı 3,4 faiz artmış, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,3 faiz, tikinti gipsinin istehsalı 51,1 faiz azalmışdır.

 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2018-ci ildə 683,4 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 11,4 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 27,4 faiz azalma müşahidə olunmuşdur. İl ərzində sahə üzrə 309,3 min ton (28,9 faiz çox) armatur, 787,7 ton (10,1 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 329,4 ton (9,8 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.

 

Ətraflı aşağıdakı cədvəldə.

22.01.2019 05:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ