Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük. Bu məqsədə də nail olduq”.

 

Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

 

E.Axundov qeyd edib ki, bu il şirkət istehsal gücünü 3 dəfə artıracaq: “Əslində ötən il avtomobilləri 4 aya istehsal etmişik. Çünki ondan qabaq bizdə təlimlər, istehsal prosesində audit yoxlamalar keçirilirdi. Son 4 ayda isə 1000 avtomobil istehsalını həyata keçirdik. Bu il üçün isə 3000 avtomobil istehsal etməyi düşünürük”.

 

Şirkət rəhbərinin sözlərinə görə, bu il istehsal ediləcək avtomobillər üçün dövlət sifarişinin olacağı gözlənilir: “Ötən il istehsal edilən 1000 avtomobilin 95%-i satılıb. Satışın 40%-i dövlət qurumlarının payına düşüb. Bu il üçün sifarişlərin olmasını gözləyirik. Amma rəqəmlər göstərir ki, vətəndaşların da avtomobillərimizə böyük marağı var”.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci ildə Azərbaycanda cəmi 969 ədəd minik avtomobili istehsal edilib. Ötən il bildirilmişdi ki, Neftçala Avtomobil Zavodunda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulurdu. Azərbaycandakı 2 avtomobil zavodu tərəfindən cəmi 969 ədəd minik avtomobili istehsal edildiyi nəzərə alındıqda, Neftçala Avtomobil Zavodu proqnoza əməl edə bilməyib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report, Marja

22.01.2019 15:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ