Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Xidməti avtomobil ilə birinci şəxslər təmin olunacaqlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xidməti avtomobil ilə birinci şəxslər təmin olunacaqlar"

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərin istifadəsində olan nəqliyyat vasitələrinə məhdudiyyət qoyulacağı gözlənilir.

 

Reklam_3_11

Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 17 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 8.7.1 və 8.7.2 bəndlərində qeyd edilib:

 

Nazirlər Kabineti – “mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin, bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.

 

İqtisadçı-ekspert Rauf Qarayevin sözlərinə görə, bu o deməkdir ki, Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri bu qurumlardan birinci şəxslər təmin olunacaqlar. Digər şəslərin istifadəsinə olan nəqaliyyat vasitələri özəlləşdirməyə çıxarılacaq. Onların istifadəsində nəqliyyət vsitələri olmayacaq.  

22.01.2019 16:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ