Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hərracdan öncə banklarda məzənnə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərracdan öncə banklarda məzənnə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

11:30 

 

Reklam_3_11

Bir neçə dəqiqə öncə valyuta əməliyyatları bazarında ən mühüm oyunçulardan biri olan Kapital Bank Dolların satış qiymətini aşağı salıb. Bank təxminən 1 həftə idi məzənnəni dəyişmirdi.

 

“Marja” xəbər verir ki, KapitalBank Dolların satış qiymətini 1.83 manatdan 1.80 manata endirib. Bu gün səhər saat 10:00-da Kapital Bank satış məzənnəsini 1.83 manat təyin etmişdi.

 

Kapital Bank Dolların alış qiyməti dəyişdirməyərək 1.7445 manat səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracı keçiriləcək. Dolların satış qiymətinin Kapital Bankda aşağı düşməsi Dolların hərracda da ucuzlaşa biləcəyi ehtimalını gücləndirir.

 

Qeyd edək ki, Kapital Bank Dolları limitsiz satır.

 

10:00 XXX

 

Bu gün saat 12:00 radələrində Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

 

“Marja” xəbər verir ki, hərracdan öncə, saat 10:00-a olan məlumata görə, bir çox banklarda Dolların alış və satış qiymətləri dünən ilə müqayisədə əsasən dəyişməz olaraq qalır. Bir neçə bank Dolların satış qiymətini aşağı salıb.

 

Dolların satış məzənnəsini AzərTürkBank 1.82 manatdan 1.81 manata, DəmirBank 1.83 manatdan 1.82 manata, PAŞA Bank 1.850 manatdan 1.82 manata, ExpressBank 1.82 manatdan 1.80 manata, Bank Silk Vey 1.79 manatdan 1.78 manata salıb.

 

Qeyd edək ki, bir neçə gündür Dollar satan banklardan Kapital Bank və Bank Respublika ABŞ valyutasının məzənəsini dəyişmirlər. Digər bir sıra banklar Dollar satmadıqları halda, bəzi banklar limitlə və ya kassda valyuta olarsa Dollar satırlar. Kapital Bank isə limitsiz Dollar satır. Bu bankın Dolların alış və satış məzənnəsində etdiyi dəyişiklik digər banklar üçün də əsas olur.

 

İndi Mərkəzi Bankda keçiriləcək hərrac gözlənilir.

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

28.02.2017 06:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ