Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası Bakıda keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası Bakıda keçiriləcək

 Madriddə (İspaniya) Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında qurumun  İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının bu ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb. 

 

Reklam_3_11

Agentlikdən verilən xəbərə görə, imzalanma mərasimində F.Nağıyev hər kəsi Bakıya, Azərbaycana dəvət edərək ölkənin yeni turizm brendinin konsepsiyasına uyğun olaraq Azərbaycana bir daha yenidən baxmağa, zəngin tariximizi, mədəniyyətimizi, dadlı mətbəximizi, fərqliliyimizi, qonaqpərvər və mehriban insanlarımızı yenidən tanımağa çağırıb.

 

110-cu sessiyada dünyanın 35 ölkəsindən turizm üzrə nazirlərin iştirakı gözlənilir.

 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti bu gündən başlayaraq yanvarın 27-nə qədər Madriddə keçirilən ənənəvi “FİTUR” beynəlxalq turizm sərgisində iştirak edəcək. Sərgi çərçivəsində şərab turizm mövzusunda beynəlxalq konfrans da keçirilir.

 

Şərabçılığın ölkəmizdə prioritet sahələrdən biri olması, Azərbaycanın şərab məhsullarının dünya miqyasında daha çox tanıdılması və ixracının dəstəklənməsi baxımından sərgi çərçivəsində təşkil olunacaq şərab turizmi üzrə tədbirdə Dövlət Turizm Agentliyinin də iştirakı əhəmiyyət kəsb edir.

 

Artıq 39 ildir ki, “FİTUR” sərgisi turizm mütəxəssisləri üçün qlobal görüşmə nöqtəsi hesab olunaraq ibero-amerikan bazarları ilə ticarət əlaqələri baxımından aparıcı rola malikdir. Təkcə 2018-ci ildə sərgiyə dünyanın 165 ölkə və regionundan 10 190 sərgi iştirakçısı qatılıb.

23.01.2019 07:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ