Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ən çox qeydə alınmış xəstəliklər açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ən çox qeydə alınmış xəstəliklər açıqlanıb

İlkin məlumatlara əsasən, 2019-ci ilin əvvəlinə ölkədə 32,3 min həkim və 53,8 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1740 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim və 55 orta tibb işçisi düşür.

 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il xəstəxanaların və orta tibb işçisilərinin sayı azalıb. Belə ki, 2018-ci ilin əvvəlinə ölkədə 32,3 min həkim və 54,6 min orta tibb işçisinin çalışdığı 571 xəstəxana və 1760 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərirdi və əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim və 56 orta tibb işçisi düşürdü.

 

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil etmişdir.  

 

Ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunmuşdur. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvarnoyabr aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyoz ilə (36,3 faiz), hepatit A virusu ilə (26,3 faiz), hepatit C virusu ilə (20,7 faiz), skarlatina ilə (18,8 faiz), bütün kəskin bağırsaq infeksiyaları ilə (15,6 faiz), hepatit B virusu ilə (6,7 faiz), su çiçəyi ilə (0,9 faiz) xəstələnmə halları azalmışdır.

 

Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı pedikulyoz üzrə 37,5 faiz, hepatit A virusu üzrə 33,3 faiz, hepatit C virusu üzrə 21,1 faiz, skarlatina üzrə 18,7 faiz, bütün kəskin bağırsaq infeksiyaları üzrə 16,1 faiz, hepatit B virusu üzrə 7,1 faiz, su çiçəyi üzrə 1,4 faiz azalmışdır.

 

Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, ana-dangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmamışdır.

 

Bununla yanaşı qoturluq, qonokokk infeksiyası, insanın immun-çatışmazlığı virusunun törətdiyi xəstəliklə, bruselyoz, sifilis ilə xəstələnənlərin sayında artım müşahidə olunur.

23.01.2019 08:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ