Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Güclü külək XƏBƏRDARLIĞI EDİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güclü külək XƏBƏRDARLIĞI EDİLDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Abşeronda gecə 3-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

 

ETSN xəbərdarlıq edir ki, yanvarın 24-ü gündüzdən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Yanvarın 24-ü gündüz, 25-də əsasən dağlıq rayonlarda cənub-qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

23.01.2019 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ