Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankdan korporativ İnternet Bank istifadəçilərinə güzəşt

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan korporativ İnternet Bank istifadəçilərinə güzəşt

 

Azərbaycan Beynəlxalq Bankı İnternet Bank xidmətindən istifadə edən korporativ müştərilərinə daha bir üstünlük təqdim edib.

 

Bank bu müştərilər üçün güzəştli məzənnənin tətbiqinə başlayıb. Belə ki, konvertasiya əməliyyatlarını İnternet Bank xidməti üzərindən aparan müştərilərə bu əməliyyatları bankın standart kursundan aşağı məzənnə ilə yerinə yetirmək imkanı yaradılıb.

 

İnternet Bank xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:

 

-Bank hesabına nəzarət;

-Hesabdan çıxarış;

-Ölkədaxili köçürmələr;

-Bankdaxili köçürmələr;

-Ölkəxarici köçürmələr;

-Kütləvi köçürmələr;

-Əməkhaqqı ödənişləri;

-Vergi ödənişləri;

-ƏDV ödənişləri;

-Konvertasiya əməliyyatları.

 

Xidmətin Mailbox funksiyası korporativ müştərilərə bankla rəsmi yazışmalar aparmaq, bir çox əməliyyat sənədlərini banka gəlmədən skanlaşdıraraq göndərmək, yaxud bankdan onlayn qaydada almaq imkanı verir. Korporativ müştərilər İnternet Bank xidmətinə Asanİmza vasitəsilə də qoşula bilərlər.

 

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin bank məhsul və xidmətlərindən istifadə imkanlarının daha da genişləndirilməsi üçün tədbirlər gələcəkdə də davam etdiriləcək: “Bankımızın İnternet Bank xidmətindən istifadə edən korporativ müştərilər artıq nəinki vaxtlarına, hətta valyuta alqı-satqısı zamanı xərclərinə də qənaət edəcəklər”

 

 

23.01.2019 11:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ