Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fedin Martda faiz artıracağı ehtimalı 50 faizə qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fedin Martda faiz artıracağı ehtimalı 50 faizə qalxdı

 
İstiqraz bazarı, Fed-in Mart ayı toplantısına yalnız iki həftə qalmış, faizin artıracağının fərqinə varıb.


 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Fed sədri Janet Yellen və digər Fed rəsmiləri hər toplantının "canlı" olduğu barədə xəbərdarlıqlar edirdi; Bu xəbərdarlıqlar 14 - 15 Mart toplantısı üçün də keçərli idi. Buna qarşı treyderlər Mərkəzi Bankın Mart ayında faizləri artıracağından indiyə qədər tam əmin deyildi. Fed-in gələn aykı toplantısında faiz artıracağı ehtimalı, Bazar ertəsi günü  50%-ə çıxıb.  Ötən həftə investorlar faizin artırılacağına təxminən 33% ehtimal verirdilər.


 
Faiz artırılacağı gözləntisinin yüksəlməsinə dair bir çox səbəb olsa da, analitiklər hər hansı birini əsas faktor kimi göstərmirlər. ABŞ Prezidenti Donald Trump, Çərşənbə günü Vaşinqtonda dövlət xərclərinə dair planını açıqlamağa hazırlaşır. Dou Cons İndeksi ardıcıl 12-ci seansda da yüksəlib. Dallas Fed Sədri Robert Kaplan, rəsmilərin bazar gözləntilərinə həddən artıq diqqət etmədən faizi gecikmədən artırmaları lazım olduğunu bildirmişdi.


 
"MCP Asset Management"də iqtisadçı olan Hiroki Shimazu, "Məncə, faizin artırılması ehtimalının 50%-ə çıxması ağlabatandır. Səhm bazarında nikbin bir hava var. İnflyasiya təzyiqi var. Bu, Fed-ə faiz artırmaq məsələsində təzyiq göstərəcəkdir" deyib.

 

 ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

28.02.2017 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ