Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Unibankda ipoteka krediti "uçur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibankda ipoteka krediti "uçur"

İlin əvvəlindən bu yana Unibank tərəfindən ümumi məbləği 1.5 milyon manat olan ipoteka krediti ayrılıb. Bu barədə “Marja”ya Bankdan bildirilib.

 

2016-ci ilin sonunda ayrılmış 2 mln. AZN adi, 2 mln. AZN sosial limit isə hal-hazırda tam şəkildə bölünüb. Bu günlərdə İpoteka Fondu tərəfindən Unibanka ayrılan əlavə 5 milyon manatlıq vəsaitin istifadəsi ilə bağlı da artıq banka 70-ə yaxın müraciət daxil olub.

 

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ümumi ipoteka krediti portfeli isə 39,2 milyon manatı ötüb. 2006-cı ildən bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib. Hazırda bankda 1089 aktiv kredit var.

 

İpoteka kreditləri Unibankın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

 

Unibank ipoteka müştəriləri üçün bu günlərdə yeni bir xidmət də istifadəyə verib. Müştərilər ipoteka ödənişlərini banka gəlmədən birbaşa öz smartfonlarından- Unibank Mobile-dan ödəyə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

 

28.02.2017 07:50

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ