Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Un topdan limit ilə satılır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Un topdan limit ilə satılır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çörək  zavodlarından əldə edilən məlumata görə, Azərbaycanda topdansatış məntəqələri unu limit ilə satırlar.

 

Reklam_3_11

Bunu “Marja”ya adının açıqlanmasını istəməyən mənbəsi bildirib.

 

“Məsələn, hazırda bir topdansatış şirkəti bir zavoda 20 tondan artıq un satmır. Gündəlik 30-35 ton un istifadə edən zavod daimi işlədiyi şirkətdən cəmi 20 ton un alır. Məcbur olub başqa satış yerlərindən un tapmalı olurlar”,- mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, əslində topdansatış şirkətlərində un var. ““Un yoxdur” deyə bilmirlər. Unun qiymətinin yenidən arta biləcəyi gözlənildiyindən satışı azaltmağa çalışırlar. Topdansatış şirkətləri daha çox un saxlayıb qiyməti artan zaman satmağı düşünürlər. Unun qiymətinin artacağı gözlənilir. Az ehitmal var ki, qiymət artımı olmasın”.

 

Qeyd edək ki, ötən ilin sonunda unun kisəsinin qiyməti bahalaşıb. Bundan əvvəl Azərbaycanda unun qiyməti devalvasiyalardan sonra artırılmışdı. Həmin vaxt unun daha baha qiymətə satılmasının lazım olduğu bildirilmiş, lakin əhalinin vəziyyəti nəzərə alınaraq daha çox qiymət artımı edilmədiyi qeyd edilmişdi.

 

Ötən il dünyada taxıl istehsalı da azaldığından buğdanın qiyməti artıb.

24.01.2019 12:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ