Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tikintiyə dair islahatlar sahibkarlara təqdim olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikintiyə dair islahatlar sahibkarlara təqdim olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyevin tikintiyə icazə verilməsi üzrə vahid yanaşma prinsipinin formalaşdırılması ilə səmərəliliyin və şəffaflığın artırılması məqsədilə ilə imzaladığı fərmana əsasən, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” təsdiq edilib. 

 

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə keçirilən "Tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatların tikinti şirkətlərinə kommunikasiya" mövzusunda keçirilən seminarda bildirilib. 

 

Yeni qayda üzrə müəyyən olunan əsas prinsiplər ayrı-ayrı prosedurların xüsusiyyətlərini və hər bir prosedur üzrə günlərin sayını optimallaşdırmaq, tikinti fəaliyyəti sahəsində sahibkar üçün əlverişli mühit formalaşdırmaq və dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.

 

Müzakirə zamanı bildirilib ki, yeni kompleks biznes islahatı tədbirlərinə uyğun olaraq biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılan və əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun mütəmadi görüşləri də təşkil olunur. Eyni zamanda aidiyyəti qurumların təlimləri həyata keçirilir.

 

Tikinti şirkətləri ilə görüş zamanı da bildirilib ki, yeni qaydalara əsasən, tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda tikintiyə və istismara icazənin əldə olunması üzrə sahibkarın keçməli olduğu tələb olunan prosedurların və günlərin sayı azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.

 

Əlavə edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirlərindən biri kimi qeyd olunan tikinti sahəsində həyata keçirilən islahatlar, “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritə”si üzrə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edərək biznes mühitinin və azad rəqabət mexanizminin inkişaf etdirilməsinə, ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradacağı gözlənilir.

24.01.2019 13:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ