Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Ukraynadan ən çox şəkər idxal edən üçüncü ölkədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Ukraynadan ən çox şəkər idxal edən üçüncü ölkədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 2017/2018 marketinq ilində Ukraynadan Azərbaycana 43 600 ton şəkər ixrac edilib.

 

Bu barədə “Ukrsaxar” Milli Şəkər İstehsalçıları Assosiasiyasının dərc etdiyi hesabatda deyilir.

 

Məlumata görə, Azərbaycan bu ölkədən ən çox şəkər idxal edən ölkələr arasında üçüncü yeri tutur.

 

Belə ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin sentyabr ayına qədər hesablanan marketinq ilində Ukrayna şəkər istehsalçıları, ümumilikdə, 560 400 ton şəkər ixrac edblər. Bu daha əvvəlki marketinq ili ilə müqayisədə 27% azdır. İxrac edilən şəkərin ümumi dəyəri isə 221 mln. ABŞ dolları təşkil edib.

 

Ukrayna istehsalı olan şəkər, əsasən, Özbəkistana ixrac edilib. Ötən il bu ölkəyə 209 900 ton şəkər ixrac edilib. Sonrakı yeri isə Türkiyə tutur. Ukraynadan Türkiyəyə ötən il ərzində 48 min ton şəkər ixrac edilib.

 

Azərbaycandan sonra həcminə görə daha çox şəkər Şri-Lankaya (40 200 ton) və Liviyaya (39 400 ton) ixrac edilib.

 

Mütəxəssislərin proqnozlarına görə, növbəti maliyyə ilində Ukraynanın şəkər ixracı 7% artaraq 600 min tona çata bilər. Onların fikrincə, növbəti marketinq ilində yenə də əsas idxalçı ölkələr Özbəkistan, Türkiyə və Azərbaycan olacaq. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

24.01.2019 13:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ