Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Heyvanların sığorta şirkətlərinə vurduğu zərər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Heyvanların sığorta şirkətlərinə vurduğu zərər artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ildə Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə toplanmış sığorta haqları 1 milyon 222 min 543,80 manat təşkil edib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya bildirilib ki, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta ödənişləri 757 min 580 manat olub. Beləliklə, sığorta şirkətləri topladıqlarının 62%-ni ödəyiblər. Sığortanın satılması üzrə əməliyyat xərclərini də nəzərə alsaq şirkətlərdə bu növ üzrə zərərliliyin daha yüksək olduğunu deyə bilərik.

 

Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar isə 600 min 985 manat, ödənişlər isə 3 min 803 manat təşkil edib.

 

Qeyd edək ki, 2015-ci ildə kənd təsərrüfatı heyvanlarının sığortası 1 milyon 182 min manat, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 239,5 min manat sığorta haqları toplanmış, müvafiq olaraq 379 min 183 manat və 50 min 680 manat sığorta ödənişləri həyata keçirilmişdi.

28.02.2017 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ