Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı  (AMB) 2019-un ilk iclasında gözlənildiyi kimi, faiz nisbətlərində dəyişikliyə getmədi. 

 

"Marja" xəbər verir ki, Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.

 

AMB, ən azı yay ayına qədər faizlərin bu səviyyələrdə qalacağını təkrarlayıb.

 

AMB 2.6 trilyon avroluq istiqraz alışı proqramını ötən ay dayandırmışdı.

 

İqstiqraz alışı proqramı, 2015-ci ilin Mart ayında Avro Bölgəsi iqtisadiyyatını deflyasiya  təzyiqlərdən xilas etmək və etibarı yenidən təsis etmək məqsədi ilə başlamışdı. Avropanın Almaniya, Fransa, İtaliya kimi aparıcı iqtisadiyyatlarında aşağı inkişaf investorlar arasında durğunluq  narahatlıqlarını də gündəmə gətirir.

 

Qərardan sonra Mərkəzi Bankın sədri Mario Draghi-nin mətbuat konfransında açıqlamaları gözlənilir.

 

Bakı vaxtı ilə saat 17:10-da Avro/Dollar məzənnəsi 0,4% mənfidə 1.1341 səviyyəsində olub. (Avro ucuzlaşıb, Dollar bahalaşıb)
.

24.01.2019 13:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ