Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Belarus birgə kombayn istehsalı üçün danışıqlara başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Belarus birgə kombayn istehsalı üçün danışıqlara başlayıb

Gəncə Avtomobil Zavodu Belarusun “Qomselmaş” ASC ilə birgə kombayn istehsal etməkdə maraqlıdır.

 

Bu fikri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qomel şəhər icra başçısı Petro Kriçenko ilə görüşündə söyləyib.

 

N.Bayramovun sözlərinə görə, kombayn və digər kənd təsərrüfatı texnikalarının birgə istehsalı üçün Gəncə Avtomobil Zavodunda əlverişli şərait mövcuddur. “Qomselmaş” ASC-nin istehsal etdiyi kombaynlar Azərbaycanın kənd təsərrüfatı sahələrində uğurla tətbiq edilib.

 

O qeyd edib ki, səfərlərinin məqsədlərindən biri də birgə kombaynların istehsalı üçün “Qomselmaş” ASC ilə ilkin razılıq əldə etməkdir: “Artıq bu istiqamətdə nəticələr var. Düşünürəm ki, Gəncə Avtomobil Zavodunda ildə 100-150 kombaynı birgə istehsal etmək mümkündür”.

 

P.Kriçenko bildirib ki, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün dəstək göstərməyə hazırdır. Qeyd edilib ki, bunun üçün Qomel və Gəncə şəhərlərinə qarşılıqlı səfərlər təşkil ediləcək.

 

© Azərtac

24.01.2019 14:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ