Dollar ilə bağlı mühüm xəbər - KAPİTAL BANKDA UCUZLAŞDI

Bir neçə dəqiqə öncə valyuta əməliyyatları bazarında ən mühüm oyunçulardan biri olan Kapital Bank Dolların satış qiymətini aşağı salıb. Bank təxminən 1 həftə idi məzənnəni dəyişmirdi.

 

“Marja” xəbər verir ki, KapitalBank Dolların satış qiymətini 1.83 manatdan 1.80 manata endirib. Bu gün səhər saat 10:00-da Kapital Bank satış məzənnəsini 1.83 manat təyin etmişdi.

 

Kapital Bank Dolların alış qiyməti dəyişdirməyərək 1.7445 manat səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracı keçiriləcək. Dolların satış qiymətinin Kapital Bankda aşağı düşməsi Dolların hərracda da ucuzlaşa biləcəyi ehtimalını gücləndirir.

 

Qeyd edək ki, Kapital Bank Dolları limitsiz satır.

28 Fevral 2017 , 11:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin