Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Maduro Venesuela prezidenti postunu tərk etməyəcəyini bildirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maduro Venesuela prezidenti postunu tərk etməyəcəyini bildirib

Venesuela prezidenti Nikolas Maduro Ali məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.

 

Bu barədə Venesuelanın xəbər agentliyi məlumat yayıb.

 

"Mən heç vaxt vətən qarşısındakı öhdəliklərimdən imtina etməyəcəyəm, bunu heç vaxt etməyəcəyəm", - deyə o bildirib.

 

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

 

"Venesuelada dövlət çevrilişi baş verir"

 

Bunu mətbuat konfransında ölkənin müdafiə naziri Vladimir Padrinyo Lopes bildirib.

 

“Qanuni hakimiyyətə, demokratiyaya, legitim Prezident Nikolas Maduroya qarşı yönələn dövlət çevrilişi barədə xəbərdarlıq edirəm”, - deyə o vurğulayıb.

 

Bundan əvvəl nazir ordunun Xuan Quaydonu Prezident kim tanımadığını bildirmişdi.

 

Ölənlərin sayı 26-ya çatıb

 

Venesuelada son günlər keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 26 nəfərə çatıb.

 

Bu barədə "Venesuela sosial münaqişələr rəsədxanası"nın (OVCS) "Twitter"ə yerləşdirilən məlumatında deyilir.

 

Bildirilir ki, söhbət şəxsiyyəti müəyyənləşdirilən ölənlərdən gedir.

 

Ölən və yaralananlar barədə rəsmi məlumat isə yoxdur. Daha əvvəl ölənlərin 16 nəfər olduğu bildirilmişdi.

 

Venesuela ABŞ-dakı səfirlik və konsulluğunu bağlayır

 

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə ABŞ-dakı bütün diplomatik nümayəndəliklərini bağlayır. Onun sözlərini VTV8 kanalı sitat gətirib.

 

"Mən Venesuelanın ABŞ-dakı səfirlik və konsulluğunu bağlamaq qərarına gəldim", – deyə o bildirib.

 

Ölkənin Vaşinqtondakı səfirliyi gecə yarısı artıq konsulluq qəbulunu dayandırıb və "yeni xəbərdarlığa qədər" işini dayandırıb.

 

Amerika Venesueladakı diplomatlarının bir hissəsini geri çağırıb

 

Amerika Dövlət Departamenti Venesueladakı diplomatlarının bir hissəsini geri çağırıb.

 

Ölkəni fəaliyyəti təcili xarakter daşımayan diplomatlar tərk edəcək.

 

Həmçinin bildirilir ki, Amerika hökumətinin Venesueladakı vətəndaşlarına təcili xidmət göstərmək imkanları hazırda məhdudlaşdırılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

25.01.2019 05:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ