Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Mərkəzi Bankın dolu bir alətlər çantası var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi Bankın dolu bir alətlər çantası var"

Draghi: Risklər aşağı istiqamətə dönüb


 

Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi, 2019-cu ilin ilk pul siyasəti iclasının ardından keçirdiyi mətbuat konfransında üfiqdəki risklərin istiqamətini aşağıya çevirdiyini bildirib.
 

"Marja" xəbər verir ki, Draghi, iqtisadi göstəricilərin gözləniləndən daha zəif olduğunu bildirərək, zəifliyin aşağı düşən ixrac tələbindən və sektorlardakı bir sıra səbəblərdən qaynaqlandığını bildirib.
 

Qeyri-müəyyənliyin inad etməsinin etimad üzərində təzyiq yaratdığını deyən AMB sədri, geosiyasi faktorlara işarə edib.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

İnflyasiyanın AMB-nin hədəfinə doğru yaxınlaşacağına inandığını deyən Draghi, inflyasiyanın davam etdirilməsi üçün hələ də təşviqə ehtiyac olduğunu söyləyib.
 

AMB Sədri, bankın bütün alətlərini uyğun şəkildə tənzimləməyə hazır olduğunu sözlərinə əlavə edib.

 

Draghi, inflyasiyanın neft qiymətləri səbəbilə gələcək aylarda yavaşlayacağını qeyd edib və inflyasiyanın orta müddətdə artacağını vurğulayıb.
 

AMB sədri Çin iqtisadiyyatında artımın yavaşlamasına, ABŞ-da təsirini itirən maliyyə təşviqinə diqqət çəkərək risklərin davam etməsi vəziyyətində trendin daha uzun bir müddət zəif qalacağını deyib.
 

Draghi böhrandan əvvəllə müqayisədə bankların daha güclü olduğunu vurğulayıb. Draghi, zəif inkişaf göstəricilərinə dair isə Avropa Mərkəzi Bankının durğunluq ehtimalını aşağı qiymətləndirdiyini söyləyib.

 

"Avropa Mərkəzi Bankının əlindəki alətlərin tükəndiyini" deməyin doğru olmadığını bildirən Draghi, "Avropa Mərkəzi Bankının dolu bir alətlər çantası var. Müxtəlif təcili vəziyyət planlarını və elementləri qiymətləndirəcəyik",- şərhini edib. 

 

Avropa Mərkəzi Bankı  (AMB) 2019-un ilk iclasında gözlənildiyi kimi, faiz nisbətlərində dəyişikliyə getməyib. Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb. AMB, ən azı yay ayına qədər faizlərin bu səviyyələrdə qalacağını təkrarlayıb.

25.01.2019 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ