Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qoyunçuluğun inkişafı üçün yeni layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qoyunçuluğun inkişafı üçün yeni layihə

Azərbaycanda kənd təsərrüfatının ikinci əhəmiyyətli sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Qabil Əbdüləliyev bildirib.

 

Onun sözlərinə görə, bu layihələr sayəsində ölkədə heyvanların cins tərkibinin keyfiyyətinin artırılması, məhsuldarlığının yüksəldilməsi planlaşdırılır. Əsas diqqət isə qoyunçuluğa yönəldilib. Bu məqsədlə də yeni layihənin reallaşdırılması nəzərdə tutulub. 

 

"Məlumdur ki, ölkədə suvarma sahəsində problemlər müşahidə edilir. Odur ki, heyvandarlıq sahəsinin rəqabətə davamlı və sabit olması üçün heyvanların cins tərkibinin daha məhsuldar və keyfiyyətli olmasına çalışırıq. Eyni zamanda bu səylərimizi qoyunçuluq sahəsinin də inkişafına yönəltmək niyyətindəyik", - deyə Q. Əbdüləliyev əlavə edib.

 

Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) donor dövlət olduğunu xatırladan Q. Əbdüləliyevin sözlərinə görə, bu iştirak payı ilə ölkədə müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub. "Bu məqsədlə FAO-ya qoyunçuluğun inkişafı üçün yeni layihə təqdim etmişik. Hazırda layihə nəzərdən keçirlir. Maldarlıqda olduğu kimi qoyunçuluqda da həm məhsuldarlığı yüksəltmək, həm də məhsulun istehsalı, emalı, eyni zamanda marketinqini yaxşılaşdırmağı düşünürük".

 

© Report

28.02.2017 08:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ