Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dəyəri 5 milyon dollar olan Azərbaycan şirkəti dünyanın 10 ən yaxşı startapından biri olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dəyəri 5 milyon dollar olan Azərbaycan şirkəti dünyanın 10 ən yaxşı startapından biri olub

"Dünya üzrə gələn 800-dən çox anketin arasından 10 uğurlu startap seçilib ki, onlardan da biri bizim “Buglance” layihəsi idi. “Techstars”a seçilmək özü bir uğurdur. Biz Azərbaycandan olan yeganə komandayıq ki, bu uğuru qazanmışıq". 

 

Reklam_3_11

Bunu açıqlamasında dəyəri milyonlarla dollarla ölçülən "Buglance" layihəsinin rəhbəri Toğrul Səmədov deyib.

 

T.Səmədov "Techstars" akseleratoru və layihənin gələcək inkişaf perspektivləri haqqında da danışıb: 

 

“Techstars” dünyada ilk 3-lüyə daxil olan akseleratordur. Bu vaxta qədər 1 500-dən çox startapa yatırım ediblər. Həmin startaplar hər biri orta hesabla 4 mln. dollar olmaqla, ümumilikdə 6,4 mlrd. dollar yatırım əldə edib. Biz “Buglance”ı 2 il öncə yaratmışıq və indiyə qədər 435 min ABŞ dolları civarında investisiya əldə etmişik. “Techstars”a da daxil olan hər bir startapa şirkəti növbəti mərhələyə keçirmək üçün 3 ay müddətində intensiv mentorluq proqramı keçirilir. Həmçinin proqramın sonunda, "Demo" günündə bütün dünyadan, xüsusən də ABŞ –dan olan investorlar sərmayə yatırması üçün dəvət edilir. Proqramdan sonra uğurlu startaplar daha çox sərmayə qazanmış olur".

 

Şirkət rəhbəri deyib ki, mobil tətbiqlərin test edilməsi ilə məşğul olan startapın əsas əməkdaşları azərbaycanlılardır: “Buglance” mobil tətbiqlərin (application) test edilməsi ilə məşğul olan şirkətdir. Əksər hissəsi azərbaycanlılardan ibarət olan 15 nəfərlik komanda üzvü var. Komandada Türkiyə, Rusiya, Almaniya və Belarusdan olan üzvlər də var".

 

T.Səmədov "Buglance" layihəsinin bazar dəyərindən də danışıb: "Bundan öncə mən “Fatal fight” adlı mobil oyun hazırlamışdım. Bu oyunu 5 mln. dəfədən çox yükləmədən sonra Estoniyadan olan "İtech Media Solutions" şirkətinə satmışdıq. “Buglance”ın ideyası o zaman yəni, "Fatal figt" oyununda qarşılaşdığımız problemləri çözməyə çalışarkən yaranıb. "Fatal Fight" oyununun yeganə investoru olan Məmməd Ələkbərov “Buglance” layihəsinin də ideyasına inanıb, digər 5 investorlarla birlikdə yatırım edib. Hazırda şirkətimiz Dubayda yerləşir. Müştərilərimiz isə dünyanın müxtəlif ölkələrindədir. Hal hazırda, “Buglance”da 28 mindən çox tester var ki, onlar da bu vaxta qədər 15 minə yaxın “bug” aşkar edib. Bütün bunlar isə 4 minə yaxın cihazdan aşkar olunub. Şirkət hazırda 5 mln. dollar məbləğində qiymətləndirilir". 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

©  "Report"

25.01.2019 05:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ