Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu sığorta növü ailənizi çətin günlərdən sığortalamaqla yanaşı – PUL DA QAZANDIRIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu sığorta növü ailənizi çətin günlərdən sığortalamaqla yanaşı – PUL DA QAZANDIRIR

Həyat sığortası - Bu sığortanın bir növüdür. Hansı ki, həyatınızı sığortalamaqla yanaşı, pullarınızı yığmağa və təhlükəsiz yerdə saxlamanıza yardımçı olur. Bu sığorta növünin iki əsas xüsusiyyəti var.

 

Reklam_3_11

Həyat sığortası

 

Yazıçı Mixail Bulgakovun “Master və Marqarita” romanında Voland adlı personajın dediyi kimi, “İnsan ölməyə məhkumdu, amma bu fəlakətin hələ yarısıdır. Ən pisi odur ki, bəzən insan qəflətən ölür”.

 

Ən qorxulusu isə odur ki, ölən şəxsin uşaqları olsun. Bu zaman uşaqların taleyi necə olacaq!? Uşaqlara lazım olan maliyyə haradan və necə əldə ediləcək?!

 

Əgər hüznlü hadisə ilə üzləşən valideynin uşaqları varsa. O zaman statistikaya görə, ilk növbədə uşaqlar aşağıda sadalananalardan məhrum olur.

 

1.İlkin  olaraq başına bədbəxt hadisə gələn valideynlərindən birini

2.Daha sonra digər valideynini “itirir” hansı ki, ailəni təmin etmək üçün günün əksər hissəsini işdə olur

3.Bir vaxtlar təhsil aldığı yaxşı məktəbi, hansı ki, indi artıq orada oxumaq üçün pul çatmır

4.Prestijli universiteti itirir, hansı ki, yaxşı məktəbdə təhsil alsaydı, həmin universitetə qəbul ola bilərdi

5.və s

 

Əcnəbi mütəxəssislərin belə bir deyim var. Əgər sizin uşaqlarınız varsa və siz həyatınızı sığortalamamısızsa , bu, gecə evdə yatan zaman mənzilin qapısını açıq qoymağa bənzəyir. Yəni istənilən vaxt evə oğru daxil ola bilər.

 

Maliyyə azadlığı mütləqdir ki, özündə maliyyə təhlükəsizliyini təmin etməlidir. Bu maliyyə təhlükəsizliyi isə həyatı sığortalamaqla başlayır. Həyatı sığortalamaq isə (sığortaçılar buna “həyat sığortası” deyir) elə də baha deyil. Bu sığortanı, orta aylıq gəliri olan ailə də etdirə bilər.

 

Həyat sığortasının ikinci üstünlüyü

 

Həyat sığortasının digər bir üstün cəhəti isə yığımdır. Belə ki, siz özününzü sığortalayırsız ki, uşaqlar böyüyənə kimi  ailənizi qoruyasız. Lakin illər keçir uşaqlar böyüyür və maliyyə asılılıqları olmur. Bu zaman “həyat sığortasına” da ehtiyac qalmır deyə fikirləşirsiniz. Amma bu müddət ərzində toplanan pulları götürüb istədiyiniz sahəyə yatıra və ya sadəcə xərcləyə bilərsiz.

 

Belə bir sığorta növü var imiş “Pulum gəlsin” (Cash back) adlanır, özünün və yaxınlarının qeydinə qalmaq istəyənlər üçün əla imkan yaradır. Bu məhsuldan istifadə edənlər həyatlarını sığortalamaqla yanaşı , heç bir hadisə baş vermədik də ödədikləri pulları geri alırlar. Əla təklifdir.

 

 Bu sığorta növü ilə maraqlananlar üçün onu bildirək ki, “PAŞA Həyat” məhz bu tip məhsulu təqdim edib.

30.01.2019 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ