75 dövlət əmlakından cəmi 10-nu satıldı
28 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 10 əmlak özəlləşdirilib.
Özəlləşdirilən əmlakların 7-si Bakı şəhərində, 3-ü isə müvafiq olaraq respublikanın digər şəhər və rayonlarında yerləşir.
Qeyd edək ki, bu dəfəki hərracada 75 dövlət əmlakını özəlləşdirmək təklif olunurdu.
Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı Mebel təmiri sexi, Yardımlı və Şəki şəhərində yerləşən qeyri-yaşayış binaları aiddir. Hərracda özəlləşdirilən müəssisələr əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 mart tarixində keçiriləcək növbəti hərraca 17-i kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətinin səhmləri, habelə 36 istifadəsiz qeyri-yaşayış sahəsi, ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaqdır.
Hərrac prosedurları barədə ətraflı məlumat almaq üçün 193 saylı çağrı mərkəzi və ya 012 566-07-44 nömrəli telefonla əlaqə saxlamaq müknüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
18 d. əvvəl
Azərbaycanda müştərilərə kredit ayrılması prosesi psixoloji testlərdən keçiriləcək
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Şərq-Qərb" ASC-nin rəhbərliyi növbəti müddətə təyin ediləcək