Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi səviyyəsinə çatdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi səviyyəsinə çatdırılacaq

 "Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub".

 

Reklam_3_11

Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində deyib.

 

Nazir müavini qeyd edib ki, gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sistemi barədə qanun layihələrin hazırlanması nəzərdə tutulur.

 

Onun sözlərinə görə, hazırkı dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb və buna uyğun olaraq yeni yanaşma müəyyən edilib.

 

Yeni yanaşmalar barədə məlumat verən M.Kərimlinin sözlərinə görə, əvvəlcə dövlət qulluğu ilə bağlı özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacib müəyyən ediləcək: "İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqq veriləcək. Üçüncüsü dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır. Bu say 400-ə yaxındır və bunun optimallaşdırması nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzərə alınmasıdır".

 

O əlavə edib ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən ediləcək: "Həmçinin vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılacaq, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən ediləcək".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

25.01.2019 08:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ