Azərbaycan Ukraynadan 778 ton balıq məhsulu idxal edib
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Ukraynadan 1,63 mln. ABŞ dolları dəyərində 777,7 ton hazır və konservləşdirilmiş balıq məhsulu idxal edib.
Ukrayna mətbuatının verdiyi məlumata görə, bu barədə Ukraynanın Dövlət Balıqçılıq Agentliyindən bildirilib.
Məlumata görə, ötən ilin 11 ayında ukraynalı istehsalçılar 8,4 mln. dollar dəyərində 4596 ton hazır və konservləşdirilmiş balıq məhsulu ixrac ediblər. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 72 ton və yaxud 1,6% çoxdur. Dəyər ifadəsində isə bu məbləğ illik müqayisədə 28% çoxdur.
Hesabat dövründə ən iri alıcı Moldova olub. Bu ölkə 1,77 mln. dollar dəyərində 1 175,3 ton və konservləşdirilmiş balıq məhsulu idxal edib. Bu müddət ərzində Ukraynadan Belarusa 0,78 mln. dollar dəyərində 582 ton, Gürcüstana 0,76 mln. dollar dəyərində 687,8 ton, İsrailə isə 0,6 mln. dollar dəyərində 147,8 ton hazır və konservləşdirilmiş balıq məhsulu ixrac edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
- 17 d. əvvəl
-
31 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 40 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 47 d. əvvəl
- 52 d. əvvəl
-
54 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl