Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mentor Talks-un növbəti tədbiri keçiriləcək - TARİX, BİLET QİYMƏTLƏRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mentor Talks-un növbəti tədbiri keçiriləcək - TARİX, BİLET QİYMƏTLƏRİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Artıq üçüncü dəfə təşkil edilən və mövzusu “Menecment” olan Mentor Talks tədbiri mart ayının 3-ü Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) keçiriləcəkdir.

 

Reklam_3_11

Bu dəfəki şüarı “Gələcəyini idarə et!” olan tədbirin məqsədi menecmentin müxtəlif sahələrindən olan spikerlərin öyrədici və ilham verən çıxışları ilə insanları davamlı inkişafa sövq etməkdir.

 

Bu sahədə təcrübəli 7 spikerin çıxış edəcəyi tədbir saat 14:00-dan 18:00-a qədər davam edəcəkdir.

 

İştirakçılar tədbirdə, Biznes menecment, Marketinq menecment, Layihə menecmenti, PR menecment, Satış menecmenti, IT menecment, Kommunikasiya menecmenti olmaqla 7 fərqli mövzuda xarici və yerli spikerlərdən məlumatlar almaq, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan `Gələcəyini Qur!` layihəsinin gənclərinə dəstək olma imkanı əldə edəcəklər.

 

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN)  və İanəli (39 AZN) biletlərdən birini seçə bilərlər. İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə Gələcəyini Qur! layihəsinin gənclərinə dəstək olunacaqdır.

 

Onu da qeyd edək ki, bu dəfəki tədbirdə sırf bakalavr pilləsində təhsil alan tələbələr üçün də xüsusi biletlər ayrılıb. Tələbələr üçün olan biletin qiyməti 20 AZN təşkil edir.

 

Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.

 

Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66

 

Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!

25.01.2019 12:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ