Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Xalq Sığota"nın növbəti nümayəndəliyi fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xalq Sığota"nın növbəti nümayəndəliyi fəaliyyətə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sığorta bazarının tanınmış şirkətlərindən olan “Xalq Sığorta”nın daha bir nümayəndəliyi fəaliyyətə başlayıb.

 

Reklam_3_11

Bu barədə şirkətin satış və marketinq şöbəsinin müdiri Emin Abdullayev bildirib.


E.Abdullayevin sözlərinə görə, şirkət özünün 8-ci nümayəndəliyini Şirvan şəhərində açıb. Bu nümayəndəlik vasitəsilə Şirvan və Şirvan şəhəri ətrafı ərazilərdə yaşayan vətəndaşlar qeyri-həyat sığortası sahəsinə aid icbari və könüllü sığorta növlərindən yararlana biləcək.


E.Abdullayev bildirib ki, bununlada şirkətin nümayəndəliklərinin sayı 8-ə çatıb. Hazırda şirkətin Sumqayıt, Cəlilabad, Göyçay, Yevlax, Şəki, Tovuz, Xaçmaz nümayəndəlikləri fəaliyyət göstərir.


Xatırladaq ki, “Xalq Sığorta” 2005-ci ildən fəaliyyət göstərir. Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.


Şirkət Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 46 187 500 manat təşkil edir.


Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir. 

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© FED

25.01.2019 13:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ