Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Standard İnsurance” törəmə şirkətini satıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Standard İnsurance”  törəmə şirkətini satıb

“Standard İnsurance” sığorta şirkəti Gürcüstan bazarındakı törəmə sığorta şirkəti “Standard İnsurance Georgia”nı satıb. 

 

Məlumata görə, sövdələşmə ötən ilin dekabr ayında baş tutub. “Standard İnsurance” sığorta şirkətindən idarə heyətinin sədri Kamran Bağırov fins.az-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, “Standard İnsurance Georgia” gəlirli olmadığı üçün xarici şirkətə satılıb və əldə edilən vəsait kapitala yönəldiləcək. 

 

“Standard İnsurance Georgia”nın yeni sahibinin adı açıqlanmasa da, onun Gürcüstan bazarında sığorta sahəsinə investisiya yatırmaq istəyən fransız şirkəti olduğu bildirilib.

 

“Standard İnsurance Georgia”nın idarə heyətinin sədri Nəriman Qurbanov isə açıqlamasında qeyd edib ki, təsisçilər sövdələşmənin həcmi barədə və adlarının açıqlanmasında maraqlı deyillər:” Ona görə də bu barədə hər hansı məlumat verə bilmərəm”. 

 

Xatırladaq ki, Standard İnsurance Georgia 2007-ci ildə yaradılıb. Şirkətin səhm paketi  tam şəkildə  “Standard İnsurance”a məxsus olub. 

 

© Fins.az

28.02.2017 09:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ