Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Həftənin ilk iş günü gözlənilən hava şəraiti açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həftənin ilk iş günü gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 28-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq, lakin 28-dən 29-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.

27.01.2019 11:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ