Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sahibkar hansı vergiləri verməlidir? - V hissə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkar hansı vergiləri verməlidir? - V hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - I hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - II hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - III hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - IV hissə


 

Mikro sahibkar kimlərə deyilir ?

 

İngilis dilindən tərcümədə microentrepreneur - özünün maliyyə vəziyyətinə əsaslanaraq ümumi maliyyə xidmətlərindən istifadə edə bilmirlər. Sahibkarlığın bu növü inkişaf etməkdə olan ölkələrdə ümumi məşğulluq forması hesab edilir. Avstriyalı professor Djozef Şumpeterin  sözlərinə görə sahibkarın əsas məqsədi ideyanı və ixtiranı işlənmə mexanizmə çevirməkdir. Satistikaya görə inkişaf etməkdə olan ölkələrdə mikro sahibkarlıqla 90 faiz qadınlar məşğuldular. Onları dərin savadı olmur. Onların əksəriyyəti yarımçıq və kasıb ailələrdəndirlər.

 

Mikro sahibkar subyektin əhatə dairəsi geniş deyil. Əsasən şəxsin özünə və ailəsinə xidmət edən sahibkarlıq növüdür. Kənd mühütində həyətyanı sahəsində yetişdirdiyi məhsulu bazara çıxardıb satmaqla məşğul olan şəxslərdir. Şəhər mühütində isə küçələrdə xırda alverlər (əldə satılan mallar) məşğul olan, bazarlarda yük daşıyan  şəxslərdir.

 

Azərbaycanda bu termin 2019-cu ilin yanvarın 1-dən Vergi Məcəlləsində qüvvədədir.

 

Mikro sahibkarın işçi sayı və gəliri nə qədər olmalıdır?

 

Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il 556 nömrəli fərmanına əsasən işçi sayı 1-10 olan və gəliri 0-200 000 manat olan şəxslər mikro sahibkar subyekti sayılır. Bundan əlavə işçi sayı 0 olsa belə o yenə də, mikro sahibkarlıq subyekti sayılır.

 

İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

 

Sahibkar işə başladıqda, mikro sahibkar kateqoriyası ilə qeydə alınır?

 

Sahibkar işə başladıqda il ərzində onun işçi sayı əsas götürülür. Yəni işçi sayı 1-10 aralığında olduqda mikro sahibkar kateqoriyasına aid olub, bu kateqoriya aid vergiləri verəcək və vergi güzəştdindən istifadə edəcək. Növbəti ildə isə gəlir və işçi sayının yüksək olması nəzərə alınacaq.

 

Mikro sahibkar subyekt vergi orqanında qeydə alındıqdan sonra, 1 il fəaliyyətindən sonra növbəti ildə işçi ayı 15 amma gəliri 100 000 manat olduqda o, kiçik yoxsa mikro sahibkar sayılacaq?

 

Növbəti ildə əsas yüksək göstərici nəzərə alınır. Bu baxımdan işçi sayı 15 nəfər olduğundan (11-20 kiçik sahibkarlıq) o artıq kiçik sahibkarlıq subyekti sayılacaq.

 

Mikro sahibkar subyekt vergi orqanında qeydə alındıqdan sonra, 1 il fəaliyyətindən sonra növbəti ildə işçi ayı 10 amma gəliri 300 000 manat olduqda o, kiçik yoxsa mikro sahibkar sayılacaq?

 

Növbəti ildə əsas yenə yüksək göstərici nəzərə alınır. Bu baxımdan işçi sayı 10 nəfər oldumağına baxmayaraq, gəlirinə görə  (200 000 – 3 000 000 kiçik sahibkarlıq) o artıq kiçik sahibkarlıq subyekti sayılacaq.

 

Mikro sahibkarlıq subyekti əmlak vergisi ödəyirmi?

 

Vergi Məcəlləsinin 199.14 maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisi ödəməkdən azaddılar.

 

Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin neçə  faizi vergidən azaddır?

 

Vergi Məcəlləsinin 102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azaddır.

 

Mikro sahibkarlıq subyekti olan və hüquqi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətdən neçə il müddətində vergidən azaddır?

 

Vergi Məcəlləsinin 106.1.23. maddəsinə əsasən  mikro sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti - 3 il müddətinə vergidən azaddır.

 

Startap  nədir?

 

Vergi Məcəlləsinin 13.2.80  maddəsinə əsasən  startap - innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti.

 

İngilis dilindən tərcümə də startup company, startup başlayan deməkdir. Qısa tarixli əməliyyat fəaliyyətli şirkətdir. 1973-cü ildə Forbes jurnalında termin kimi istifadə olunub.Geniş yayılması 1990-cı illərə təsadüf edir.Customer development metodikasının yaradıcısı amerikalı sahibkar Stiven Blank startapların sabit şirkətlərə keçidi üçün onları, 4 mərhələyə bölür:

 

1.İstehlakçıların tapılamsı

2. İstehlakçıların yoxlanılması

3.İstehlakçıların cəlb edilməsi

4. Şirkətin yaranması

 

Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarına neçə əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər?

 

Vergi Məcəlləsinin 114.3-1 maddəsinə əsasən  Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

 

Misal: 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2,0 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Buna əsasən, tikili üzrə illik amortizasiya normasına (7 faizə) 2,0 əmsalı tətbiq edilməklə və amortizasiya norması 14 faizə (7% x 2 = 14%) bərabər götürülməklə hesablanmış 14.000 manat (100.000 x 14%) məbləğ gəlirdən çıxıla bilər.

 

Mikro sahibkar neçə faiz vergi ödəyir?

 

VÖEN-i olan yəni vergi uçotunda duran şəxs əldə etdiyi gəlirdən 2 faiz sadələşmiş vergi, və ya əldə olunan gəlirdən çəkdiyi xərclər çıxılmaqla qalan fərqdən vergidən azad olunan hissə (gəlirin 75 faizi) də çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

 

Misal: Gəlir: 2.000 manat; Xərc 1000 manat; Xərclər çıxıldıqdan sonra qalan gəlir = 1000 manat *75% (güzəşt) = 750,00.manat

 

1000 - 750 = 250*20% (gəlir vergisi) = 50 manat gəlir vergisi büdcə ödəniləcək.

 

Gəlir və ya mənfəət vergisi uçotunda durmaq istəməyəndə, neçə faiz vergi ödəməlidir?

 

2 faiz sadələşmiş vergi ödəyillər və 75 faiz güzəşdən istifadə edə bilmirlər.

 

Misal: 2000 manat gəlir əldə ediblər. 2000 *2% = 40 manat sadələşmiş vergi ödəyillər.

 

© Marja.az üçün, iqtisadçı - ekspert Rauf Qarayev

 

 

 

28.01.2019 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ