Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

YENİ MAZDA 6 – daha funksional, daha dinamik, daha eleqant

iç səhifə xəbər başlığı altı (mobil)_31
YENİ MAZDA 6 – daha funksional, daha dinamik, daha eleqant
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

(®) Yapon istehsalı Mazda avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri yeni Mazda 6 sedanının satışına başlayıb. Elə ilk baxışdan görünür ki, yeni Mazda 6 hər cəhətdən təkmilləşərək öz sələfini üstələyir. Dəyişməyən tək xüsusiyyəti isə sürücü ilə avtomobil arasında vəhdət yaratmağa hədəflənmiş fəlsəfəsidir.

 

Həm eksteryerə önəm verənlər, həm interyerdə komfort sevənlər, həm də etibarlı idarəetmə axtaranlar bu avtomobildə istədiklərini tapacaqlar. Eksteryerdə rəvan keçidlər ilə ziddiyyətli kəskin xətli radiator barmaqlıqları və xüsusi boyama texnikası əsas diqqət yetirilməli məqamlardır. İnteryerdə isə sizi komfort və funksionallıq gözləyir. Qızdırılan dəri oturacaqlar, sürücü oturacağının yaddaş paketi, ağac işləmələr rahatlığı təmsil edir. Multifunksional sükan, Head Up Display, 8 düymlük sensorlu monitor, BOSE® səsucaldıcıları, 7 düymlük alətlər paneli displeyi isə innovativ texnologiyalara nümunədir. Üstəlik, bu funksiyalarla yanaşı yaxşılaşdırılmış səs izolyasiyası sayəsində avtomobilin salonunda vaxt keçirməkdən daha çox zövq alacaqsınız. İşıqdiod fənərləri dəsti, qapı zonasının işıqdiodlu asqısı, açarsız daxilolma və Start Stop, yağış və işıq sensorları kimi praktik detallar da bir tərəfdən sürücünün işini asanlaşdırmağa xidmət edir.

 

Sükan arxasında gücü və dinamikanı hiss etmək istəyənlər üçün isə 194 at gücünə malik 2.5L SKYACTIV mühərrik xüsusi əhəmiyyətlidir. Yeni Mazda 6 təhlükəsiz idarəetməni də unutmayaraq G-VECTORING, adaptiv işıqdiod faraları, Tutulan zolaqdan çıxma barədə xəbərdarlıq (LKA), Şəhərdə təhlükəsiz əyləcləmə (SCBS), parkinq ötürücüləri və s. sayəsində bunu yüksək səviyyədə təmin edir.

 

Yeni Mazda 6 barədə daha ətraflı məlumat almaq üçün Azərbaycandakı rəsmi distribüteri Mazda Avtomobil Mərkəzinə müraciət edə bilərsiniz. Əlaqə üçün: (012) 349 01 00 http://mazda.az/cars/new-mazda6/sedan/overview

 

Mazda Avtomobil Mərkəzinin ünvanı: Bakı şəhəri, Bakı-Sumqayıt şossesi, 6-cı km

 

28.01.2019 07:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ