Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Rusiyadan 112 min ədəd mobil telefon idxal edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiyadan 112 min ədəd mobil telefon idxal edib

Azərbaycan 2018-ci ilin III rübündə Rusiyadan 112,4 min ədəd mobil rabitə şəbəkəsi üçün telefon cihazı idxal edib.

 

Reklam_3_11

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiya Fderal Gömrük Xidmətinin üçüncü rüb üçün hazırladığı hesabatda deyilir.

 

Məlumata görə, bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Dəyər ifadəsində isə idxal 30,3% artaraq 16,4 mln. ABŞ dolları təşkil edib. 

 

Rüb ərzində xaricdən Rusiyaya 13,5 mln. ədəd mobil telefon idxal edilib. Bu da illik müqayisədə 2,2% azdır. Dəyər ifadəsində mobil telefonların idxalı 18,6% artaraq 1,8 mrd. dollar təşkil edib.

 

Rusiya hesabat dövründə 799,4 min ədəd mobil telefon ixrac edil ki, bu da illik müqayisədə 2,1% çoxdur. Dəyər ifadəsində isə ixrac 15,9% artaraq 67,2 mln. dollar təşkil edib.

 

Rusiyaya mobil telefonlar əsasən Çindən gətirilib. Rüb ərzində Çindən idxal 10,6 mln. ədəd təşkil edib ki, bu da əvvəlki ilin eyni rübü ilə müqayisədə 3,5% azdır. Dəyər ifadəsində isə idxal 18,9% artaraq 1,4 mlrd. dollara çatıb. 

 

Rusiyayanın Vyetnamdan mobil telefon idxalı isə 24,6% azalaraq 1,9 mln. ədəd olub. Dəyər ifadəsində isə idxal 3% azalaraq 303,9 mln. dollar təşkil edib. Bu müddət ərzində Hindistandan Rusiyaya 67,8 mln. dollar dəyərində 643,7 min ədəd mobil telefon idxal edilib. 

 

Rusiyadan ixrac edilən mobil telefon cihazlarının ¼-dən çoxu isə Belarusa göndərilib. 2018-ci ilin üçüncü rübünün nəticələrionə görə, Rusiyadan Belarusa 231,6 min dədə mobil telefon ixrac edilib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 14,2% çoxdur. Dəyər ifadəsində isə bu ölkəyə ixrac edilən mobil telefonların qiyməti 45,9% artaraq 25,5 mln. dollar təşkil edib.

 

Rusiyadan Qırğızıstana ixrac osə 3 dəfədən çox artaraq 114,7 min ədəd olub. Dəyər ifadəsində isə bu rəqəm 1,04 mln. dollar təşkil edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

28.01.2019 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ