Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

1200-dən çox dövlət əmlakı satılıb, büdcəyə 101 milyon manat köçürülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
1200-dən çox dövlət əmlakı satılıb, büdcəyə 101 milyon manat köçürülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Özəlləşdirmə ilə bağlı keçirilmiş elektron hərraclar vasitəsilə 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.


"Marja" xəbər verir ki, bu, Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş müşavirədə bildirilib.

 

Özəlləşdirmənin tam elektronlaşması və şəffaflığın təmin edilməsi məqsədilə ölkəmizdə  innovativ layihələrindən biri olan elektron hərracların tətbiqi, hərracları onlayn izləmə imkanları yaradılıb. İndiyədək 30-a yaxın elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilibdir. Bu dövrdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

 

Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci il ərzində ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Ötən ildə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub. Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Özəlləşmə ilə bağlı bütün informasiyaları ictimaiyyətə və işgüzar dairələrə çatdıran Özəlləşmə portalına indiyədək baxış sayı 2 milyonu ötüb. Hər il olduğu kimi 2019-cu il üçün də “Özəlləşdirmə gündəliyi” portala yerləşdirilib. Bu sahənin geniş təbliği ilə bağlı regionlarda İşgüzar Forumlar da keçirilib.

28.01.2019 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ