Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Obyektlərin adını göstərən lövhələrin ölçüsü iki dəfə kiçildiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Obyektlərin adını göstərən lövhələrin ölçüsü iki dəfə kiçildiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kvadratmetrdən 1 kvadratmetrədək endirilməsi gözlənilir.


 

Reklam_3_11

Azərbaycan qanunvericiliyində açıq məkanda reklamın dairəsi müəyyənləşib.

 

Bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilir.

 

Qanunun 26-cı (Açıq məkanda reklam) maddəsində edilən dəyişiklik layihəsində qeyd olunub ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

 

Reklam qurğuları tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin fasadlarında və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər.

 

Hazırda açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına verilən icazə müddət 1 ildir. Bu müddətin 3 ilə qaldırılması təklif olunur.

 

Bundan başqa, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kvadratmetrdən 1 kvadratmetrədək endirilməsi gözlənilir.

 

Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

28.01.2019 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ