Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dolların banklarda ucuzlaşması, hərracda isə bahalaşması çaşqınlıq yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların banklarda ucuzlaşması, hərracda isə bahalaşması çaşqınlıq yaradıb

Bu gün Mərkəzi Bankda keçirilmiş valyuta hərracının nəticəsi ictimaiyyətə məlum olmamışdan əvvəl banklarda Dolların satış qiymətinin aşağı düşməsi müşahidə olundu.

 

“Marja” xəbər verir ki, banklarda Dolların satış qiymətləri 1.82-1.83 manat səviyyələrindən 1.78-1.80 manat səviyyələrinə gerilədi. Çoxları bu ucuzlaşmanı hərracda da Dolların düşə biləcəyinə işarə kimi qəbul etdi və əlində olan Dolları satdılar.

 

Saat 13:00 radələrində məlum oldu ki, banklarda Dolların satış qiymətinin düşməsinə baxmayaraq hərracda Dollar bahalaşıb. Belə ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmışdır ki, bu da bu günə olan rəsmi məzənnə ilə müqayisədə (1.7475) yüksəkdir. 

 

"BU SPEKULYASİYADIR"

 

Banklarda Dolların düşməsi, hərracda isə qalxması çoxlarını çaş-baş salıb. Təcrübəli valyuta ticarətçiləri bildirirlər ki, hərracdan öncə bir sıra bankların Dolları ucuzlaşdırması spekulyasiyadır. Bir sıra banklar satış qiymətini aşağı salaraq bazara Dolların daha da ucuzlaşacağı mesajını ötürürlər. Dollarını daha baha qiymətə satmaq istəyənlər də bu “tələyə” düşərək əllərində olan Dolları banklara satırlar. Banklar 1.75 manat civarından aldıqları Dolları 1.80 manat səviyyəsindən rahat sata bilirlər.

 

Banklar isə Dolların satış qiymətinin aşağı düşməsini tələbin az olması ilə izah edirlər. Hərracda tələbin təklifdən çox olması bu izahı inandırıcı etmir.

28.02.2017 11:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ